Xəbər lenti

İdman 14:53 05.09.2023

"Belçika ilə oyun millimiz üçün çox çətin olacaq"

"Komandada vəziyyət yaxşıdır. Milli komandanın oyunlarına görə yaranmış fasiləyə görə 2 günlük istirahətə yollanmışdıq". 

Bu sözləri Qaynarinfo-ya "Sumqayıt"ın futbolçusu Kamran Quliyev deyib. 

Bu yay "Şamaxı"dan "gənclik şəhəri" təmsilçisinə keçən 23 yaşlı hücumçu yeni komandasına artıq uyğunlaşdığnı bildirib: 

"Bu gündən istirahətimiz bitir. Məşqləri bərpa edəcəyik. Burada heç bir çətinlik çəkmirəm. Hər şey qaydasındadır". 

Quliyev "Sumqayıt"ın ölkə çempionatında çıxışını və 5-ci turda "Neftçi"yə (0:1) qarşı keçirdikləri matçı da dəyərləndirib: 

"İlk 2 oyunumuzda qələbə qazandıq. Bu, bizim üçün çox önəmli idi. Növbəti qarşılaşmada isə heç-heçə etdik. "Neftçi" ilə matçda qələbə qazanmağa layiq idik. "Neftçi" kimi komandaya qarşı əldə etdiyin fürsətləri dəyərləndirməlisən. Lakin epizodları dəyərləndirə bilmədik. İnşallah, növbəti oyunlara da qələbə qazanmaq üçün çıxacağıq". 

Forvard Avropa çempionatının seçmə mərhələsində Belçika yığması ilə qarşılaşacaq milli komandamıza da uğurlar diləyib: 

"Belçika ilə oyun çox çətin olacaq. Bildiyiniz kimi, rəqibin heyətində çoxlu ulduzlar var. Futbolçularımız əllərindən gələni edəcəklər. İnşallah, nəticə istədiyimiz kimi olar". 

Qeyd edək ki, sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq Belçika yığması üç gün sonra doğma meydanda Estoniyanı qəbul edəcək.

Röya Kərimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->