Xəbər lenti

Benzema karyerasını bitirəndən sonra nə edəcək?
İdman 13:12 05.11.2022

Benzema karyerasını bitirəndən sonra nə edəcək?

"Real"ın ulduzu Kərim Benzema gələcəyi ilə bağlı açıqlamalar verib.

Qaynarinfonun məlumatına görə karyerasını bitirdikdən sonra nə edəcəyinə hələ qərar vermədiyini bildirən təcrübəli hücumçu, "Təqaüdə çıxandan sonra nə edəcəyimi bilmirəm. Amma gənc futbolçulara kömək etmək, onlara futbolun nə olduğunu izah etmək istəyirəm. Bu oyun təkcə statistika və qol vurmaq deyil” ifadələrdən istifadə edib.

"Lion"a qayıdıb-qayıtmayacağı ilə bağlı sualı cavablandıran Benzema "Real"da karyerasını bitirə biləcəyini bildirib: "Lion"da lazım olanı etdim. Ürəyim hələ də onlarladır. Orada xoş təəssürat və xatirələr buraxdım. Belə qalmalıdır. Geri qayıtmaq mənim üçün çətindir. Bir gün Liona qayıda bilərəm, amma bu, oyunçu kimi olmayacaq".  

Benzema 2009-cu ildə "Lion"dan 35 milyon avroya "Real"a keçib. Bu mövsüm Madrid klubunun heyətində 12 oyun keçirən fransalı hücumçu 6 qola 1 məhsuldar ötürməyə imza atıb.

Fransız ulduz keçən ay "Qızıl top” mükafatını qazanıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->