Xəbər lenti

Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapıldı
Ölkə 14:20 08.02.2025

Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapıldı

Fevralın 7-si saat 14.00 radələrində paytaxtın Səbail rayonunda fərdi yaşayış evində meyit tapılıb.

Teleqraf-ın də etdiyi məlumata görə, vəfat edən şəxsin 1977-ci il təvəllüdlü Vadim Qriqorov olması müəyyənləşdirilib.

Mərhumun ölüm səbəbini öyrənmək məqsədi ilə müvafiq ekspertiza təyin olunub.

V.Qriqorov 1999-cü ildə Qərb Universitetinin (hazırda Qərbi Kaspi) politologiya ixtisasını bitirib. O, nəqliyyat sahəsində çalışan beynəlxalq "Larson Logistics" şirkətinin Xəzər regionu üzrə direktoru idi.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->