Ölkə 17:23 01.05.2021

Biləsuvar postunda 244 kiloqramdan artıq heroin aşkar edildi

Gömrük orqanlarının həyata keçirdiyi daha bir əməliyyat uğurla nəticələnib.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Tvitter"də yazıb.

"Əməliyyatçılarımızın peşəkarlığı nəticəsində ölkəmizin cənub sərhədində - Biləsuvar gömrük postunda 244 kiloqramdan artıq narkotik vasitə - heroin aşkar edilib”, deyə S. Mehdiyev qeyd edib.