Xəbər lenti

Bir ayda zəhərlənməyə görə “Semaşko”ya müraciət edənlərin sayı açıqlandı
Sağlamlıq11:50 06.05.2022

Bir ayda zəhərlənməyə görə “Semaşko”ya müraciət edənlərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprel ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 711 nəfər müraciət edib.
Mərkəzin Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, onlardan 124-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olan xəstələrdən 62-si dərmandan, 19-u sirkə turşusundan, 7-si dəm qazından, 1-i göbələkdən, 4-ü etil spirtindən zəhərlənib. Digərlərindən 2-si anaflaksiya səbəbindən, 13-ü allergik reaksiyadan, 10-u isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 5-ni ilan, 1-ni isə əqrəb sancıb.
Zəhərlənən şəxslərin 54-ü qadın, 6-sı kişi, 20-i uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 124 nəfərdən 8-i (6-sı kişi, 1-i qadın, 1-i uşaq) dünyasını dəyişib.