ABŞ dövlət katibi Entoni Blinken Dövlət Departamentinin qiymətləndirməsinə istinadən bildirib ki, Sudanda döyüşən tərəflər - Sudan ordusu və Çevik Reaksiya Qüvvələri (ÇRQ) hərbi cinayətlər, o cümlədən etnik təmizləmə törədirlər.
Qaynarinfo bu barədə AFP-yə istinadən xəbər verir.
Blinkenin sözlərinə görə, ÇRQ Darfur bölgəsində Masalit xalqına qarşı etnik təmizləmə aparır. Qırğınların ilk növbədə ərəb qüvvələri və müttəfiq silahlı birləşmələr tərəfindən həyata keçirildiyi bildirilir.
Dövlət katibi masalitlilərin ovlandığını, evlərinin yandırılaraq küçədə ölümə buraxıldığını, bu xalqın nümayəndələrinə qarşı cinsi zorakılığın da olduğunu bildirib.
Xatırladaq ki, Suveren Şuraya rəhbərlik edən ordu komandiri Əbdülfəttah əl-Burhanla ÇRQ rəhbəri Məhəmməd Həmdan arasında fikir ayrılığı səbəbindən Sudanda vəziyyət aprel ayında gərginləşib. BMT-nin məlumatına görə, toqquşmalar zamanı 10 mindən çox insan həlak olub.
Nizami Bağırov
Şərhlər