Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi avtomobillər alır.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, doqquz ədəd minik avtomobilin alınması nəzərdə tutulub.
Həmin avtomobillər Agentliyin Aparatına veriləcək.
Sedan tipli nəqliyyat vasitələrinin rənginin qara, istehsal ilinin 2023-cü il, yanacaq növünün hybrid (benzin), oturacaqlarının və sükanının dəri, maksimal gücünün isə minimum 210 a/g-də olması əsas şərtlərdəndir.
Bundan əlavə, sifariş edilən avtomobillərdə uşaqlar üçün qoruyucu kəmərlər, qızdırılan sürücü və ön sərnişin oturacaqları, açarsız daxilolma və bir toxunuşla işəsalma, qızdırılan yan güzgülər, yan güzgülərdə dönmə işıqları, arxa görüntülü kamera və arxa park sensorları olmalıdır.
Şərhlər