İdman 12:12 24.12.2023

Bu gün İstanbulda derbi var

Bu gün Türkiyə Superliqasında XVIII turun mərkəzi oyunu keçiriləcək.

Qaynarinfo xəbər verir ki, İstanbul derbisində "Fənərbağça" "Qalatasaray"ı qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Matçı Arda Kardeşlər idarə edəcək. 43 xala malik komandalar 1-2-ci yerləri bölüşürlər. "Fənərbağça" top fərqinə görə ilk sırada qərarlaşıb.

Bu, tərəflərin Superliqada 133-cü dueli olacaq. 52 dəfə hazırkı meydan sahibləri, 37 dəfə "sarı-qırmızılar" qələbə qazanıb. Digər görüşlərdə isə heç-heçə qeydə alınıb.