Xəbər lenti

Bu il maaşların artırılması gözlənilirmi? (VİDEO)
Video 18:34 30.05.2024

Bu il maaşların artırılması gözlənilirmi? (VİDEO)

Ötən il müxtəlif istiqamətlər üzrə çalışanlarn əməkhaqları artırılsa da, 2024-cü ildə bu baş vermədi. Yəni işləyənlərin aylıq məvacibləri artırılmadı.

Rəsmi statiskaya görə, ölkəmizdə infilyasiya göstəriciləri sıfıra düşsə də, vətəndaşlar zəruri ərzaq məhsullarının qiymətinin çox yüksək olduğunu deyirlər. Bir sözlə, hazırda əməkhaqları bazar qiymətlərinə dəfərlə uduzur.

Bəs maraqlıdır, əməkhaqqının artırılması gözlənilirmi və mövcud bahalaşma fonunda maaşlar nə qədər artmalıdır?

İqtisadçı Rəşad Həsənov deyir ki, son 1 ildə davamlı olaraq həm dünya ölkələrində, həm də Azərbaycanda inflyasiya tempinin aşağı düşməsi müşahidə edilir. Lakin ölkə bazarlarında, xüsusən ərzaq məhsullarında ucuzlaşma bir o qədər də hiss olunmur.

Ekspertin fikrincə, hazırkı vəziyyət minimum əməkhaqlarının artırılmasını şərtləndirir ki, bu da 2024-cü il üçün gözlənilən deyil.

Millət Vəkili Vüqar Bayramov isə "Xəbər Ertəsi"nə bildirib ki, dövlət büdcəsindən ayrılan vəsaitlərin əsas hissəsi vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönləndirilir.

Millət vəkilinin sözlərinə, görə bu ilin sonuna qədər orta aylıq əməkhaqqının 990 manata çatdırılması gözlənilir.

Daha ətraflı videomaterialda:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->