Xəbər lenti

Bu partiya və sədri seçkilərə qatılmayacaq (SƏBƏB)
Siyasət 12:00 22.05.2024

Bu partiya və sədri seçkilərə qatılmayacaq (SƏBƏB)

Azadlıq Partiyası parlament seçkilərində iştirak etməyəcək. 

Bu barədə Qaynarinfo-ya sözügedən partiyanın sədri Əhməd Oruc deyib. 

Əhməd Oruc bildirib ki, partiyanın sənədləri ilə bağlı qeyri-müəyyənlik var:

"Azadlıq Partiyası fəaliyyətdədir. Partiyanın ləvği iki halda ola bilər. Biri partiya öz-özünü buraxsa, ikincisi isə məsələ ilə bağlı qərarı olsa. Belə olan halda partiya seçkiyə qatıla bilmir. Partiyanın qərarı olsa da, olmasa da, fərdi qaydada kim istəsə, seçkidə namizədliyini irəli sürə bilər".
 
"Bəs, siz özünüz fərdi qaydada namizədliyinizi irəli sürəcəksinizmi" sualına gəlincə, partiya sədri seçkilərə qatılmayacağını vurğulayıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->