Ölkə 21:54 05.08.2022

Bu rayonda zəlzələ oldu

Goranboyda zəlzələ olub.

Qaynarinfo bu barədə  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeralı təkanlar yerli vaxtla saat 21:01-də Mingəçevir stansiyasından 20 km cənub-qərbdə Goranboy rayonunda 3,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.