Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
	
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
	
Lakin gecə saatlarında bəzi qərb rayonlarında arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.
 
	
Yağan qarın hündürlüyü Şahbuzda 5, Daşkəsəndə 1 sm-dir.
	
Sumqayıt, Qusar, Naftalan, Şəmkir, Qobustan, Yevlax, Zərdab, Sabirabadda duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.
	
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.
             
            
Şərhlər