Xəbər lenti

Bu seçki dairələrindən şikayət var
Ölkə 19:43 05.09.2024

Bu seçki dairələrindən şikayət var

Mərkəzi Seçki Komissiyasına daxil olan 12 müraciəti baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib. 


Qafqazinfo xəbər verir ki, bununla bağlı Komissiyanın bu gün keçirilən iclasında qərar layihələri müzakirə edilib. 


Müraciətləri MSK katibi Arifə Muxtarova və ekspert qrupunun üzvləri təqdim ediblər. 


Qeyd edilib ki, 120 saylı Cəbrayıl-Qubadlı, 23 saylı Nəsimi-Səbail (2 fərqli müraciət), 73 saylı Masallı-Cəlilabad, 97 saylı Tərtər-Ağdərə-Goranboy,  10 saylı Binəqədi üçüncü, 24 saylı Nizami birinci, 42 saylı Sumqayıt birinci, 78 saylı Lənkəran kənd, 22 saylı Nəsimi-Yasamal, 23 saylı Nəsimi-Səbail seçki dairələri ilə bağlı daxil olan müraciətlər müvafiq dairə seçki komissiyalarına göndərilir.


Müvafiq olaraq, 94 saylı Ucar, 71 saylı Cəlilabad şəhər seçki dairələrindən daxil olan müraciətlər isə müəyyən edilmiş müddəti əhatə etmədiyindən şikayətçilərə geri göndərilib.  


Qeyd edək ki, qərarlar səsverməyə qoyularaq qəbul olunub



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->