XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bu şəxslər oktyabrın 1-dən 200 manatdan 5 min manatadək cərimə oluna bilər... (VİDEO)
Ölkə05:08 22.09.2021

Bu şəxslər oktyabrın 1-dən 200 manatdan 5 min manatadək cərimə oluna bilər... (VİDEO)

Oktyabr ayının 1-dən reydlər zamanı taksi sürücülərində COVID-19 pasportu olmazsa, onları hansı cəzanın gözləməsi böyük maraq doğurur.
Qaynarinfo xəbər verir ki, bu məsələyə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev ARB-də yayımlanan "Gündəm" verlişində aydınlıq gətirib.
"Pandemiya dövründə İnzibati Xətalar Məcəlləsində müəyyən olunan norma var. Xüsusi karantin rejimi dövründə bu normaya əməl etməyən fiziki şəxslər 200 AZN-dən 400 AZN-dək, vəzifəli şəxslər 4 min AZN-dən 5 min AZN-dək cərimə oluna və ya işin hallarına görə 1 aylıq həbs edilə bilər",-deyə Elşad Hacıyev bildirib.
<iframe src="https://baku.ws/video2/v.php?v=1809474" width="640" height="360">