Xəbər lenti

Ölkə 19:12 03.03.2025

"Çaykoviski Pub"da dava saldı, saxlanıldı - Məhkəmədə sərbəst buraxıldı

Bakı şəhəri, Cəmşid Naxçıvanski küçəsində yerləşən "Çaykoviski Pub"da dava düşüb. 

Qaynarinfo-nun məlumatına görə, 1977-ci il təvəllüdlü D.F. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib, iş baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, D.F. sərxoş olduğu üçün özünü idarə etmək qabliyyətində olmadığından qeyri-etik ifadələr işlədib və dava salıb.  O, məhkəmədə içkili olduğunu bildirərək, etdiyi əməllərə görə üzr istəyib.

Məhkəmənin qərarı ilə D.F 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib və məhkəmə iclas zalında dərhal azad olunub. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->