XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

KİV: Finlandiyanın dövlət borcu "utancverici rekord" səviyyəyə çatıb
Dünya18:20 30.09.2026

KİV: Finlandiyanın dövlət borcu "utancverici rekord" səviyyəyə çatıb

Finlandiya dövlət borcunun səviyyəsinə görə yeni “utancverici rekord” müəyyənləşdirib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Iltalehti” nəşri yazıb.

Qeyd olunur ki, ölkənin dövlət borcunun ÜDM-ə nisbəti 90 faizi ötüb. Beş il əvvəl bu göstərici təxminən 75 faiz təşkil edirdisə, cari ilin ikinci rübündə 90,3 faizə yüksəlib.

Nəşrin məlumatına görə, cari ildə Finlandiyanın borc nisbəti ilk dəfə Avrozonanın orta göstəricisini keçib. Avrozonada dövlət borcunun ÜDM-ə orta nisbəti birinci rübün sonunda 88,9 faiz təşkil edib. Hətta 2000-ci illərin əvvəllərində də Finlandiyada dövlət borcunun ÜDM-ə nisbəti Avrozonanın orta göstəricisindən xeyli aşağı olub.

Aydın