Xəbər lenti

Çempionluğu siqaret, içki və qəlyanla qeyd etdi
İdman 20:16 26.05.2024

Çempionluğu siqaret, içki və qəlyanla qeyd etdi

"Zenit"in yarımmüdafiəçisi Vendel Sankt-Peterburq klubunun mövsümü Rusiya Premyer Liqasının qalibi kimi bitirməsindən sonra "Instagram" sosial şəbəkəsində canlı yayıma çıxıb. 

Qaynarinfo xəbər verir ki, braziliyalı futbolçu yayım zamanı siqaret və qəlyan çəkib, həmçinin spirtli içki qəbul edib.

Vendel 2020-ci ildə Portuqaliya "Sportinq"indən "Zenit"ə keçib. Cari mövsüm başlamazdan əvvəl o, Sankt-Peterburqdan klubdan ayrılmaq istəsə də, klubdan buraxılmağa razılaşa bilməyib.

Rusiya Premyer Liqasının son turunda "Rostov"u 2:1 hesabı ilə məğlub edən "Zenit" ardıcıl altıncı dəfə Rusiya çempionu olub. Komanda 57 xal toplayıb. Maraqlıdır ki, "Zenit” heç-heçə etsəydi, "Krasnodar” ölkə çempionu olacaqdı.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->