Xəbər lenti

Çexiya prezidenti:
Dünya 13:00 23.11.2023

Çexiya prezidenti: "Bütün Aİ orduları Avropada münaqişə ehtimalına hazırlaşır"

Çexiya prezidenti Petr Pavel Rusiyanı Avropa üçün əsas təhlükə hesab edir. Onun sözlərinə görə, Avropa İttifaqının bütün orduları mümkün münaqişəyə hazırlaşır.

Qaynarinfo "Blesk" nəşrinə istinadən xəbər verir ki, o, bu barədə "Vışeqrad dördlüyü” prezidentlərinin görüşündə bildirib.

"Təkcə Çexiya deyil, həm də NATO Rusiyanı Avropada bir nömrəli təhlükə kimi qəbul edir və bu, belə bir təhlükəyə real hazırlaşmağın zəruriliyini nəzərdə tutur. Bütün ordular buna ciddi yanaşır, bütün ordular Avropada yüksək intensivlikli münaqişə ehtimalına hazırlaşır”, deyə Pavel bildirib. 

NATO-nun baş katibi Yens Stoltenber noyabrın 21-də bildirib ki, Alyans Rusiyadan birbaşa hərbi təhlükə görmür. O qeyd edib ki, NATO Rusiyanın Ukraynaya qoşun yeritməsinə cavab olaraq Şərqi Avropa ölkələrində mövcudluğunu gücləndirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->