Xəbər lenti

Ceyhun Bayramov Lavrovla Qarabağı müzakirə etdi
Siyasət 19:18 15.01.2021

Ceyhun Bayramov Lavrovla Qarabağı müzakirə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
--> -->