Xəbər lenti

ÇL:
İdman 16:41 18.07.2024

ÇL: "Qarabağ"ın "Linkoln"la oyunlar üçün iştirak ərizəsi

"Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln” klubuna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi Qurban Qurbanov iştirak ərizəsinə 24 oyunçunun adını daxil edib.

Qapıçılar: Şahrudin Məhəmmədəliyev, Fabian Buntiç, Sadiq Məmmədzadə
Müdafiəçilər: Mateus Silva, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Abbas Hüsyenov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina
Yarımmüdafiəçilər: Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Riçard Almeyda, Aleksey İsayev, Patrik Andrade
Hücumçular: Hamidu Keyta, Olavio Juninyo, Musa Qurbanlı, Nəriman Axundzadə

Qeyd edək ki, "Linkoln" - "Qarabağ" oyunu iyulun 23-də Cəbəllütariqdəki "Europa Point Stadium”da baş tutacaq. Qaşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->