Xəbər lenti

COP29 könüllüləri üçün qeydiyyat başladı
Ölkə 11:40 29.05.2024

COP29 könüllüləri üçün qeydiyyat başladı

Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün könüllülük proqramı istifadəyə verilib.

Qaynarinfo xəbər verir ki, proqram çərçivəsində "volunteers.cop29.az" onlayn qeydiyyat platforması aktivləşdirilib.

COP-un könüllüsü olmaq üçün potensial namizədlər əvvəlcə müraciət portalında qeyd edilən tələblərə uyğun qiymətləndirilərək seçimlərə qatılacaqlar. Uğur qazanan namizədlər bacarıq və səriştələrinin artırılması, həmçinin rol təlimlərinə cəlb olunacaqlar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->