Qaradağ
Gənclər Evində direktor dəyişikliyi baş tutub.
Qaynarinfo
xəbər verir ki, Gənclər və İdman Naziri Azad Rəhimovun müvafiq əmri ilə Qaradağ
Gənclər Evinin direktoru Pərvin Qasımov vəzifəsindən azad edilib, digər əmrlə
yerinə Natiq İmanov təyin edilib.
Qeyd
edək ki, Natiq İmanov uzun illər gənclər sektorunun fəal iştirakçısı olub. N.
İmanov 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakultəsini
fərqlənmə diplomu ilə bitirib. Hərbi xidmətdən sonra təhsilini Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında gənclər
siyasəti və sosial sferada idarə etmə ilə bağlı müxtəlif ixtisas artırma
kursları ilə davam etdirib.
Əmək fəaliyyətinə
ADİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini kimi başlayan N. İmanov
sonralar Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyində müxtəlif vəzifələrdə
çalışıb.
Gənclər
sektorunda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, İRƏLİ İctimai
Birliyi və YAP Gənclər Birliyi kimi ölkənin öndə gələn gənclər təşkilatlarında
fəaliyyət göstərib, müxtəlif layihələrin müəllifi və təşkilatçısı qismində təmsil
olunub. N.İmanov layihələrin idarə edilməsi ilə bağlı bir çox yerli və beynəlxalq
təlim proqramlarının məzunudur.
Şərhlər