Türkiyənin "Qalatasaray” futbol klubu Mateus Kardoso Lemos Martins (Tete) ilə 4+1 illik müqavilə imzalayıb.
Qaynarinfi xəbər verir ki, braziliyalı futbolçu Tetenin transferi klubun rəsmi saytında açıqlanıb.
"Qalatasaray" futbolçuya illik 2.800.000 avro maaş verəcək. Bundan başqa ona 3.100.000 avro imza haqqı ödəniləcək.
Qeyd edək ki, 23 yaşlı braziliyalı indiyədək Ukraynanın "Şaxtyor", Fransanın "Lion" və İngiltərənin "Lester" klublarında çıxış edib.
Şərhlər