Xəbər lenti

Dünya 12:20 09.10.2024

"Danışıqlar bağlı qapılar arxasında gedir" - Kiyev "daha çevik mövqe" tutmağa hazırlaşır

Ukrayna prezidenti Volodimir Zelenski Qərbin dəstəyinin azalması və qışın yaxınlaşması fonunda Ukraynada müharibənin dayandırılması ilə bağlı "daha çevik mövqe” tutmağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” xarici rəsmilərə istinadən yazır.

Danışıqlar bağlı qapılar arxasında getdiyi üçün anonimlik şərti ilə danışan mənbələr deyib ki, Ukrayna rəsmiləri müharibənin sonlanmasını qəbul etməyə hazır olduqlarını bildiriblər.

Ukrayna prezidenti qələbə planı üçün müttəfiqlərinin dəstəyini qazanmağa çalışır. Öz növbəsində, ABŞ rəsmiləri Kiyevdən gələn il üçün hərbi texnika, sənayenin inkişafına yardım və maliyyə dəstəyi də daxil olmaqla, onun ehtiyac duyduğu yol xəritəsini tərtib etməyi xahiş ediblər, rəsmilərdən biri deyib.

"Bloomberg” yazır ki, uzun sürən müharibə, Qərbdə gərgin büdcələr və noyabrda ABŞ-da keçirilən seçkilər müttəfiqləri müharibəyə danışıqlar yolu ilə son qoymaq niyyətində birləşdirib. Eyni zamanda, Zelenskinin planının açıqlanmayan təfərrüatları "sonrakı irəliləyiş üçün məkan” kimi istifadə oluna bilər.

İstənilən gələcək danışıqların mərkəzi elementi Ukraynanın NATO-ya üzvlüyü olacaq. Bu məsələ ilə bağlı Ukraynanın müttəfiqlərində yetkil mövqe yoxdur, ABŞ prezidenti Co Bayden Kiyevə alyansa qoşulmaq üçün aydın dəvət göndərməklə bağlı təzyiq altındadır. ABŞ prezidentinin bunu edəcəyi ehtimalı az olsa da, belə bir təklif Rusiya ilə istənilən danışıqlar üçün potensial sövdələşmə vasitəsi kimi qiymətləndirilir.

NATO-da müzakirələrlə tanış olan rəsmiyə görə, tamhüquqlu variantdan kənar istənilən variant Ukraynanı atəşkəs danışıqlarında əlverişsiz vəziyyətə salacaq. O, əlavə edib ki, ikitərəfli təhlükəsizlik zəmanətləri, xüsusən də ABŞ-dan faktiki olaraq Ukraynanın alyansa üzvlüyü deməkdir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->