"Erməni silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən
çıxardılandan sonra deyə bilərik ki, Azərbaycan öz məqsədinə nail oldu”.
Bunu
Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. Onun
fikrincə, Azərbaycan silahlı qüvvələri Ermənistanın təxribatını dəf edərək, onları sülhə məcbur
edir:
"Azərbaycanın
hazırda Qarabagda keçirdiyi əməliyyatlar sülhməramlı missiyadır. Bizim istəyimiz
tezliklə sülhə nail olmaqdır. Bundan əlavə,erməni təxribatının qarşısını almaq, silahlı qüvvələrini Azərbaycan ərazisindən
çıxartmaq və Ermənistanı sülhə məcbur etməkdir. Düşünürəm ki, bütün Azərbaycan
xalqı qəhrəman silahlı qüvvələrimizvə Ali Baş Komandanlabirlikdədir. Bizim missiyamız sülhə nail olmaqdır”.
Asim
Mollazadə bildirib ki, Ermənistan təxribatını, ərazi iddialarını davam etdirir:
"Erməni
silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən çıxardılandan sonra deyə bilərik
ki, Azərbaycan öz məqsədinə nail oldu və Ermənistanı sülhə məcbur etdi. Biz
sülh istəyirik. Ermənistan isə təxribatını,
ərazi iddialarını davam etdirir. Bir çox mülki əhaliyə yenidən zərbələr
endirilib, uşaqlar, qocalar erməni təxribatının qurbanı olub. Biz buna son
qoymalıyıq”.
Bahar
Rüstəmli
Şərhlər