Xəbər lenti

DİP iki jurnalisiti mükafata layiq gördü
Ölkə 17:56 22.07.2025

DİP iki jurnalisiti mükafata layiq gördü

Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 22 iyul - Milli Mətbuat Günü münasibətilə "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda" mükafata 2025-ci ildə layiq görülən jurnalistlərlə bağlı qərarını açıqlayıb.

Sözügedən mükafata internet resurslarında ölkəmiz və regionumuz üçün əhəmiyyət kəsb edən kontent yaratdıqlarına görə Ülviyyə Gülməmmədova (oxu.az) və Elvin Səlimov (olke.az) layiq görülüb.

Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən mükafata layiq görülən jurnalistləri və Azərbaycan KİV-nin bütün nümayəndələrini milli mətbuatımızın yaradılmasının 150 illiyi münasibətilə təbrik edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->