Xəbər lenti

Ekonomiks 09:00 06.09.2023

Dövlət Agentliyi bu şirkətlərdən 30 milyonluq dərman alır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçirdiyi tender müsabiqələrinin qalibləri məlum olub.

Dövlət Agentliyi tibb müəssisələri üçün dərman vasitələrinin satın alınmasına görə 4 şirkətə ümumilikdə 30 milyon 176 min 7 manat 97 qəpik ödəyəcək.

Belə ki, Agentlik "Avromed Company” QSC-yə 6 milyon 844 min 583 manat 69 qəpik, "Zeytun Pharmaceuticals” MMC-yə 3 milyon 280 min 63 manat 11 qəpik, "Referans Pharmaceuticals” MMC-yə 15 milyon 526 min 795 manat 63 qəpik, "Azəri Med” QSC-yə isə 4 milyon 524 min 65 manat 54 qəpik ödəyəcək.//Yeniavaz.com 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->