Xəbər lenti

Dövlət katibi: Britaniya AZAL-a məxsus təyyarənin qəzasının səbəblərini araşdırmağa dəstək göstərməyə hazırdır
Siyasət 17:21 22.01.2025

Dövlət katibi: Britaniya AZAL-a məxsus təyyarənin qəzasının səbəblərini araşdırmağa dəstək göstərməyə hazırdır

Britaniya AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılmasında dəstək verməyə hazır olduğunu bəyan edib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon söhbəti zamanı deyib.

Dövlət katibi təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. O, Britaniyanın faciənin səbəblərinin araşdırılması və təhqiqat prosesində hər zaman dəstək verməyə hazır olduğunu bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->