Xəbər lenti

Siyasət 18:25 16.10.2023

“Dövlət partiyalara  maliyyə ayırmalıdır” - Qulamhüseyn Əlibəyli

"Dövlət qeydiyyatı olan siyasi partiyaların inkişafı üçün onlara maliyyə ayrılmalıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib. Onun sözlərinə görə, siyasi partiyalar yeni konfiqurasiyada yer alıb: 

"Yeni mexanizmlər isə tam şəkildə müəyyən olunmayıb. Bütün partiyaların cəmiyyətdə rolunu yüksəltmək lazımdır. Birinci növbədə mövcud olan partiyaların parlamentdə təmsil olunub-olunmamasından asılı olmayaraq, ilkin dövrlərdə müəyyən qədər dövlət onların maliyyələşməsinə dəstək verməlidir”. 
 


Qulamhüseyn Əlibəyli qeyd edib ki, ölkədə seçki mühitini canlandırmaq lazımdır:

"Rayonlarda seçki mühitini canlandırmaq üçün təbliğatlara başlamaq lazımdır. Rayonlarda görüşlər keçirilməlidir. Seçicilərə inandırmaq lazımdır ki, seçkiyə gəlsin, inandığı namizədə səs versin. İlk növbədə isə ölkədə demokratik seçki keçirilməsini təmin etmək lazımdır”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->