Ekonomiks 22:03 21.07.2023

Dövlət xidməti qalmaqallı şirkəti məhkəməyə verdi

Qalmaqallı şirkət kimi tanınan "Qismət Firması” MMC Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. 

İşin mahiyyəti icarə müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 

"Qismət Firması” MMC 19 iyul 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Abbasov Ülvi Şahin oğludur. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Tağıyev Əbil Yaqub oğludur. 

"Qismət Firması” MMC 2021-ci ildə Xətai rayonu, Məhəmməd Hadi küçəsində, 99 və 111 saylı binanın sakinləri ilə qalmaqala görə gündəmə gəlib.

Sakinlər şirkətin yaşıllıq olan ərazidə bina tikmək istəyinə qarşı çıxıblar. 

Seyid