Dünya 17:30 13.08.2022

Əfqan qadınlar Kabildə aksiya keçirdi, Taliban zorakılıq etdi (VİDEO)

Bu gün Əfqanıstanın paytaxtı Kabildə Taliban hərəkatının hakimiyyətə qayıdışının birinci ildönümü ilə əlaqədar keçirilən qadınların etiraz aksiyası zorakılıqla yatırılıb.

Qaynarinfo bu barədə "Azadlıq Radiosu"na istinadən xəbər verir.

Sosial şəbəkələrdə yayımlanan videolardan görünür ki, yüzlərlə əfqan etirazçı qadın şənbə günü Kabildə "Çörək, İş və Azadlıq" şüarı ilə keçirilən etiraz aksiyasına qatılıb. Aksiya Taliban qüvvələrinin zorakılığı ilə qarşılanıb.

Aksiyada iştirak edən qadınlar iş, insan haqqlarının qorunması, vətəndaş azadlıqlarının təmin edilməsi, qadınlara sosial hüquqlarının verilməsi və cinsi ayrı-seçkiliklərə son qoyulmasını tələb ediblər. 

Həmçinin aksiyaçılar əfqan qızların məktəblərdə təhsil almasına icazə verilməsi, onların universitetlərə daxil olmasına maneələr yaradılmaması, qadınların dövlət qurumlarından və şirkətlərdən işdən çıxarılmaması tələbələrini də irəli sürüblər 

Taliban qüvvələri aksiyaya qoşulan qadınlara qarşı zorakılıq edib, gözyaşardıcı istifadə olunub. Çox sayda etirazçı döyülərək həbs edilib.

M.Arif