Ölkə 11:09 23.05.2022

Əfv siyahısında kimlərin adı var?

"Biz Əfv komissiyasına 39 nəfərlik bir siyahı təqdim etmişik”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bu gün keçiriləcək Əfv Komissiyasının son iclasından danışarkən deyib.

Onun sözlərinə görə, həmin şəxslərin hər birinin adı 28 may Müstəqillik Günü ilə bağlı Əfv Fərmanında ola bilər:
 
"Onların arasında jurnalistlər, blogerlər, partiya üzvləri də var. Güman edirik ki, onların hər biri əfv oluna bilər. Həmin şəxslərin cəza müddəti azdır, bu səbəbdən də onların hər bir 28 may günü əfv oluna bilər”. 

Əfv Komissiyasının üzvü Əlməmməd Nuriyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, quruma yüzlərlə müraciət daxil olub: "Komissiya tövsiyyə xarakterli rəylərimizi hazırlayıb ölkə başçısına təqdim edib. Kimin əfv olunub-olunmaması prezidentin səlahiyyətləridir.Siyahıda kimlərin adının olacağı ilə bağlı əvəlcədən heç kim bir fikir deyə bilməz. Bu ancaq Prezidentə aid olan bir səlahiyyətdir”. 

Bahar Rüstəmli