Xəbər lenti

Şəhriyar Abbasov: “Nərimanın məğlubiyyətinin səbəbkarı mənəm” (VİDEO)
Video 22:55 28.11.2023

Şəhriyar Abbasov: “Nərimanın məğlubiyyətinin səbəbkarı mənəm” (VİDEO)

"Nərimanın döyüşündə məğlub edilən tərəf mənəm”

Bunu məşqçi Şəhriyar Abbasov azərbaycanlı döyüşçü Nəriman Abbasovun "Rizin” Döyüş Federasiyasının Bakıda təşkil etdiyi "Landmark 7” turnirindəki məğlubiyyəti haqda danışarkən deyib.

Ş.Abbasov qeyd edib ki, döyüşçümüz görüşdən sonra göz yaşlarını saxlaya bilməyib:

"Nərimanın yaşı azdır, 29 yaşı var. Ona deyirəm ki, bu sənin işindir, məğlubiyyət səhifəsini bağladıqdan sonra başqa bir səviyyə görəcəksən. İdmançıların karyerasında belə anlar olur. Yaxşı ki, 38-39 yaşında baş verməyib. Nərimanın hələ şansı var”, - o söyləyib.
Qeyd edək ki, Nəriman Abbasov "Landmark 7” turnirində Rusiya təmsilçisi Ali Abdulxalikov ilə üz-üzə gəlib. Qarşılaşma bərabər səviyyədə keçsə də, hakimlərin qərarına əsasən rəqib qalib elan edilib. 

Ətraflı süjetdə:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->