Xəbər lenti

İdman 18:56 16.01.2024

"Əl-İttihad"ın məşqlərindən kənarlaşdırılan Benzema Səudiyyədən qovulacaq?

"Əl İttihad"ın fransız hücumçusu Kərim Benzema qış transfer pəncərəsində Səudiyyə klubunu tərk etməyəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Suveren Fondunun (PİF) və ölkənin İdman Nazirliyinin rəhbərləri hücumçunu ölkədə futbolun inkişafına töhfə verdiyi üçün saxlamaq niyyətindədirlər.

Dekabrın sonunda Benzema Səudiyyə Ərəbistanını tərk edib. O, komandanın son məşqini buraxıb. Futbolçunun gedişinin səbəbləri barədə məlumat verilməyib. Benzema da məzuniyyətdən sonra komandanın iclasına gəlməyib və cəzalandırılıb.

Benzema 2023-cü ilin iyununda "Əl İttihad"a keçib. Bu mövsüm hücumçu liqada 15 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. 

Benzema son 14 ildə "Real Madrid"də çıxış edib. Forvard dörd dəfə İspaniya çempionu, üç dəfə İspaniya Kubokunun qalibi, beş dəfə Çempionlar Liqasının qalibi olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->