Xəbər lenti

Əli İnsanovun partiyasında nə baş verir? - Ara qarışıb, istefalar başlayıb
Siyasət 15:00 28.11.2023

Əli İnsanovun partiyasında nə baş verir? - Ara qarışıb, istefalar başlayıb

Sabiq səhiyyə naziri Əli İnsanovun sədrlik etdiyi Haqq və Ədalət Partiyasında (HƏP) yenə ara qarışıb. 

Qaynarinfo xəbər verir ki, son bir neçə ay ərzində partiyadan istefalar olub. Lakin HƏP rəhbərliyi bu faktı gizlədir. 

İstefaların səbəbi Əli İnsanovun təşkilatda avtoritar üsul-idarə yaratması ilə izah edilir. Bu, təşkilat daxilində ciddi narazılıq yaradıb. Partiyanın rəhbər strukturlarında təmsil olunanlar belə Əli İnsanova etiraz ediblər. 

Keçmiş nazir isə narazılıq dalğasının partiyanın dağılması ilə nəticələnəcəyindən ehtiyat edərək etirazçıları partiyadan xaric etmək qərarına gəlib. Əli İnsanov qərarını icra etməyə başlar-başlamaz istefalar başlayıb. 

HƏP sədri bundan sonra istefa verə biləcək funksionerləri zərərsizləşdirməyə başlayıb. 

HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli partiyadan xaric edilib. Daha bir neçə nəfərin də təşkilatdan çıxarıldığı barədə iddialar var. 

Dəqiqləşdirmələr apardığımızdan hələlik onların adlarını açıqlamırıq. Zəlimxan Məmmədli sosial şəbəkə hesabında HƏP-lə yollarının ayrıldığını təsdiqləyib. 

Bildirilir ki, istefalar və partiyadan xaric edilmələr HƏP-in sonunu gətirə bilər. Partiyadan ayrılan şəxslərin birləşib yeni təşkilat qura biləcəkləri ehtimal olunur. Bu halda onların HƏP-in bazasından yararlanacağı şübhəsizdir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->