XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şəmkirdə polis yol qəzasında öldü
Ölkə05:50 04.06.2022

Şəmkirdə polis yol qəzasında öldü

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi "Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, qəza zamanı İ.Adilzadə və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.