Xəbər lenti

Ən böyük pensiya fondu Maskın inanılmaz tələbləri üzündən “Tesla”dakı payını satdı
Dünya 19:00 13.01.2025

Ən böyük pensiya fondu Maskın inanılmaz tələbləri üzündən “Tesla”dakı payını satdı

Avropa İttifaqının ən böyük və Avropada ikinci ən böyük pensiya fondu olan Niderlandın Stichting Pensioenfonds ABP fondu milyarder İlon Maska məxsus "Tesla” şirkətindəki səhm payını satıb. 

Qaynarinfo Bloomberg-ə istinadla xəbər verir ki, qərar Maskın yüksək bonus tələbləri ilə bağlı olub.

Fondun nümayəndəsi agentliyə bildirib ki, şirkətdəki payın dəyəri 571 milyon avro həcmində qiymətləndirilirdi. Onun sözlərinə görə, qiymətli kağızların satış qərarında məsuliyyətli investisiya meyarları da nəzərə alınıb.

Agentliyin məlumatına əsasən, İlon Mask 2018-ci ildə "Tesla” ilə bir razılaşma imzalayıb. Razılaşmaya görə, şirkətin bazar dəyəri hər dəfə 50 milyard dollar artdıqca və ümumi dəyəri 100 milyard dollara çatdıqdan sonra Mask şirkət səhm kapitalının 1%-ni almalı idi.

2024-cü ilin əvvəlində Delaver ştatının məhkəməsi Maskın 55 milyard dollardan çox dəyərində bonus almasını bloklayıb. Məhkəmə qərarında bu bonus "təsəvvür olunmaz" adlandırılıb.

Bloomberg yazır ki, 2024-cü ilin iyun ayında Tesla-nın idarə heyəti Maskın 101 milyard dollarlıq yeni bonus almasını təsdiqləsə də, həmin ilin dekabr ayında məhkəmə bu bonusun ödənilməsini yenidən bloklayıb.

Alpər


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->