"Dünən internetdə Qarabağdan olan "Koh” ləqəbi ilə tanınan hərbçi, qanunsuz hərbi birləşmələrin rəhbərlərindən biri, əvvəllər Ermənistan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində 7-ci müdafiə rayonuna komandanlıq etmiş polkovnik Karen Calavyanın təslim olmamaq və əsgərləri ilə birlikdə sona qədər döyüşmək qərarından bəhs edən xəbər yayılıb.
Qaynarinfo xəbər verir ki, "Hraparak” nəşri əsgərləri ilə birlikdə təslim olmamaq qərarına gəldiyinə dair xəbərlərin doğru olub-olmadığını öyrənmək üçün onunla əlaqə saxlayıb.
Calavyan deyib: "Gedin, Nikola deyin ki, qoy Qarabağı necə satıbsa, indi də onu elə müdafiə etsin”.
O, hərbçi kimi hansı addımları atmağı planlaşdırması, bu söz-söhbətlərin doğru olub-olmaması ilə bağlı suala isə belə cavab verib: "Nə erməni xalqına Qarabağ, nə də Qarabağa ermənilər lazımdır, Hər şey bitdi. Çünki hamı Qarabağ xalqının üstündən əlini çəkib”.
Karen Calavyan çox əsəbi olduğundan, daha daşımaq istəməyib və telefonu qapadıb.
Alpər
Şərhlər