Xəbər lenti

Ermənistan müxalifətinin 9 iyun sınağı - Onlar məqsədinə çatacaq?  (ŞƏRH)
Dünya 20:05 08.06.2024

Ermənistan müxalifətinin 9 iyun sınağı - Onlar məqsədinə çatacaq?  (ŞƏRH)

"Ermənistan müxalifətinin gələcək siyasi taleyi tükdən asılı vəziyyətdədir. 9 iyun mitinqi əvvəlkilər kimi zəif alınsa, Paşinyan əleyhdarları bir daha insanları meydana toplaya bilməyəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənistan müxalifətinin bazar günü, mayın 9-da olacaq aksiyasının gələcək təsirləri barədə danışarkən deyib.

Politoloq qeyd edib ki, Ermənistan müxalifəti bazar günü növbəti  etiraz aksiyasını keçirməyə hazırlaşır:

”Mitinqin təşkilatçıları və arxiyepiskop Baqrat Srbazanın tərəfdarları müxalifət qüvvələrini meydana daşımaq üçün bir həftədir əllərindən gələni edirlər. Onlar bu dəfə Paşinyanın hakimiyyətdən düşürəcəklərinə dair əminlik ifadə edən bəyanatlar səsləndirirlər. Hətta mövcud hakimiyyətin taleyinin bir tükdən asılı olduğunu iddia edirlər. Amma əslində müxalifət adlanan bu qüvvələrin özlərinin gələcək siyasi həyatları bir tükdən asılıdır”.
 


Həmsöhbətimiz hesab edir ki, 9 iyun mitinqi də əvvəlkilər kimi alınsa, onlar bir daha insanları meydana toplaya bilməyəcəklər:

”Bunun fərqində olduqlarından var qüvvələri ilə sabahkı mitinqdə kütləviliyə nail olmağa çalışırlar”. 

Ekspertə görə, erməni müxalifəti mitinqə 20 mindən artıq insan toplaya bilməyəcək:

"Düşünürəm ki, sabah İrəvanın ən böyük meydanına 20 mindən artıq adam toplanmayacaq. Bunu Paşinyan hökumətinin 9 iyunda təşkil olunacaq mitinqə münasibəti də sübut edir. hakimiyyət bu mitinq barəsində demək olar ki, ümumiyyətlə düşünmür”. 

Həmsöhbətimiz qeyd edir ki, bu mitinq arxiyepiskop əməliyyatının arxivə göndərilməsinin başlanğıcı olacaq: "Bu mitinqdə Srbazan aksiyaya toplaşanları və Ermənistan əhalisini ölkənin taleyinə biganə qalmaqda günahlandıraraq gələcək uğursuzluqları onların üzərinə atacaq. Beləliklə, yavaş-yavaş Ermənistan müxalifətinin bu qarşıdurması da tarixə çevriləcək”. 

Qeyd edək ki, iyunun 9-da erməni müxalifətinin İrəvanın mərkəzində növbəti mitinqi olacaq. Keşiş Baqratın rəhbərliyi altında olan müxalifət mitinqə 100 minə qədər insanın toplanmasına çalışır. Əslində sabahkı aksiyaya müxalifətin sonrakı addımlarının sınağı kimi də baxmaq olar. Belə ki, mitinqə çoxsaylı insanları toplaya bilsə, Paşinyan tərəfdarları sonrakı addımlar fonunda mövqeləri bir qədər güclənə bilər. Amma aksiya zəif olacağı təqdirdə isə, hazırkı erməni müxalifətinin bir də ayağa qalxması olduqca çətin olacaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->