"Muzdlu
döyüşçülərin aylıq məvacibləri erməni diaspor təşkilatları tərəfindən ödənilir”.
Bunu
Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramin Məmmədli Qarabağda ayı 600
dollara döyüşən muzdlulardan danışarkən deyib. Bu haqda əsir götürülən erməni hərbçilər
məlumat verib. Ramin Məmmədli Birinci Qarabağ müharibəsində də Ermənistan tərəfinin
muzdlu döyüşçülərdən geniş şəkildə istifadə etdiyini diqqətə çatdırıb:
"Həmin
muzdlu döyüşçülər dünyanın müxtəlif ölkələrindən cəlb olunurdu və bu faktlar Azərbaycan
hüquq-mühafizə orqanlarında və ordusunda öz təsdiqini tapıb. Sentyabrın 27-dən
başlayan hərbi əməliyyatlarda, döyüşlərdə, müharibədə Azərbaycan dövləti artıq
xəbərdar idi ki, Ermənistan Azərbaycan ərazilərini yenidən işğal etmək və ərazilərini
böyütmək məqsədi ilə muzdlu döyüşçüləri öz hərbi birləşmələrinə cəlb edirlər.
Xüsusən də ərəb ölkələrindən, ermənilərin daha çox yaşadığı ölkələrdən olan
Livandan gələn bu döyüşçülər Qarabağa göndərilərək Azərbaycana qarşı hərbi əməliyyatlarda
iştirak edirlər”.
Bu
döyüşçülərin təşkilatlanması, Azərbaycana cəlb olunması işini kimlər görür,
hansı qurumlar həyata keçirir?
Ramin
Məmmədli hesab edir ki, Ermənistan iqtisadi çəhətdən o qədər də inkişaf edən
dövlət olmadığından onların maliyyəsini ayrı-ayrı təşkilatlar ödəyir:
"Maddi
sıxıntıları həddindən artıq çoxdur və bunu hazırda daha çox büruzə verirlər.
Belə olan təqdirdə ehtimallardan biri həmin muzdlu döyüşçülərin məvaciblərinin
erməni diaspor təşkilatları tərəfindən ödənməsidir. Təşkilatlar onlara Azərbaycana
qarşı müharibədə iştirak etmək üçün müəyyən qədər maliyyə ödəyir. Dünyada fəaliyyət
göstərən erməni diaspor təşkilatlarının sponsorları iş adamlarıdır. Həmçinin, həmin
döyüşçülərin maliyyəsi erməni kilsəsi tərəfindən ödənilir. Qarabağ döyüşlərində
əsir götürülənlər arasında PKK-dan, yəni terrorçu təşkilatından olan şəxslərin
döyüşməsi bir daha onu sübut edir ki, həmin şəxslər müəyyən pul qarşılığında
döyüşür. Hətta buna kimi onlar özləri öz mövcudluğu barədə açıqlama vermişdilər.
PKK-ın ideoloji baxımdan Ermənistanla hər hansı bir bağlılığı yoxdur. Onların
Qarabağa gətirilməsi bir formada həyata keçirilir - o da diaspor, kilsə və
bunun üçün ayrılan maliyyə, vəssalam. Muzdlular yalnız bu məqsədlə Azərbaycana
gətirilir”.
Bahar
Rüstəmli
Şərhlər