Xəbər lenti

“Ermənistan tolerantlığı qonşu dövlətlərdən öyrənməlidir” - Yəhudi əsilli deputatdan sinaqoqa hücuma reaksiya
Siyasət 16:40 04.10.2023

“Ermənistan tolerantlığı qonşu dövlətlərdən öyrənməlidir” - Yəhudi əsilli deputatdan sinaqoqa hücuma reaksiya

İrəvanda ermənilər Mordexay Navi sinaqoquna hücum ediblər. Sinaqoqun şüşələri sındırılıb, üzərinə boya atılıb. Hadisəni törədənlər bunu görüntüyə alıb. Həmin görüntülər sosial şəbəkələrdə yayılıb. 

Erməni terror təşkilatı ASALA məsuliyyəti üzərinə götürüb. Bununla da olayın terro aktı olduğu təsdiqlənib. 

Milli Məclisin deputatı Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, "Magen David Group"un fəxri sədri Anatoliy Rafailov baş verənlərə münasibət bildirib.

Deputat Qaynarinfo-ya açıqlamasında deyib ki, Ermənistan tarixində antisemitizm təzahürləri olub. Lakin bu antisemitizm aktı daha da qəbuledilməzdir və pislənir:

"Ermənistan demək olar ki, bütün dünya platformalarında bəyan edir ki, demokratik dövlət qurur, lakin antisemitizm, digər dinlərə və millətlərə qarşı dözümsüzlüyün istənilən forması demokratik və humanist dəyərlərlə bir araya sığmır. Ümid edirəm ki, Ermənistan hakimiyyəti bu hadisənin araşdırılması üçün operativ tədbirlər görəcək, günahkarları cəzalandıracaq və gələcəkdə belə hallara yol verməyəcək".



Deputat qeyd edib ki, Ermənistan cəmiyyətində hələlik görünməyən bu cür zorakılıq, dözümsüzlük cəmiyyət və hüquq-mühafizə orqanları tərəfindən qəti şəkildə pislənməlidir. Onun sözlərinə görə, İrəvan hakimiyyətinin Ermənistanda qalan kiçik yəhudi icmasına dəstək verməsi və Mordexay Navi sinaqoqunun bərpasına kömək etməsi vacibdir.

Anatoliy Rafailoviç həmçinin bildirib ki, bu kimi hadisələr antisemitizm və nifrətin digər formaları ilə mübarizənin vacibliyini xatırladır: 
"Cəmiyyət bu cür dözümsüzlük təzahürlərinə yekdilliklə qarşı çıxmalı, fərqliliyə və tolerantlığa hörməti təbliğ etməlidir. Ermənistan tolerantlığı qonşu dövlətlərdən öyrənməlidir. Xüsusilə, Azərbaycanda bütün konfessiyalara mehriban münasibət var, təkcə məscidlər deyil, sinaqoqlar, kilsələr də sərbəst fəaliyyət göstərir. Bakının mərkəzində isə erməni kilsəsi var və ona heç kim hücum etmir. Azərbaycanda bütün dini obyektlərə hörmətlə yanaşılır”.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->