Xəbər lenti

Ermənistan yeni ordu qurur - Hədəf kimdir? (ŞƏRH)
Siyasət 19:25 05.11.2024

Ermənistan yeni ordu qurur - Hədəf kimdir? (ŞƏRH)

"Onlardan böyük ehtimalla Azərbaycana qarşı təxribat məqsədləri üçün stifadə edəcəklər". 

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Ermənistanın "Müdafiə haqqında" qanuna edilən əlavələrlə Ərazi Müdafiə Qoşunları yaratmaq niyyətini şərh edərkən deyib.

Üzeyir Cəfərov bildirib ki, Ermənistan ikinci ordu yaradır:

"Əslində, belə bir ordu var. Sadəcə, indi onu qanuniləşdirmək istəyirlər. Həm də Ərazi Müdafiə Qoşunları Müdafiə Nazirliyinin çətiri altında fəaliyyət göstərəcək. Əvvəlki dövrdə isə bu qüvvələr yarı leqal, yarı qeyri-leqal fəaliyyət göstərirdi. Bəzi hallarda da özəl şəkildə fəaliyyət göstərirdilər. İndi isə onlar rəsmi olaraq Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan silahlı birləşmə olacaq".
 


Ekspert qeyd edir ki, Ərazi Müdafiə Qoşunlarına çağırışçılar deyil, daha çox səfərbərlik xəttilə gələnlər cəlb olunacaq:

"Prosesin bu cür tənzimlənməsi Ermənistana kənardan məsləhət görülüb. Çağırışçı potensialının hazırlanmasına xeyli vəsait xərclənir. Ərazi Müdafiə Qoşunlarına isə elə də böyük vəsait xərcləmək lazım olmayacaq. Orada xidmət edənlərə yalnız məvacib ödəniləcək və onlar xidmətlərini Ermənistanın istənilən nöqtəsində həyata keçirəcəklər".

Həmsöhbətimiz bildirir ki, belə bir qoşun növünün yaradılması sözsüz ki, Azərbacana qarşı təxribatlar tərətmək məqsədi daşıyır: 

"Onlardan böyük ehtimalla ölkəmizə qarşı təxribat məqsədləri zamanı istifadə edəcəklər. Görünən odur ki, Ermənistan hərbi sahədə aktiv şəkildə hazırlıqlar görür. Bu məqsədlə də ikinci bir peşəkar ordu hazırlayır ki, ondan öz çirkin məqsədləri üçün istifadə etsinlər".

Qeyd edək ki, Ermənistan hökuməti oktyabrın 31-də keçirilən iclasda "Müdafiə haqqında” qanunu ilə bağlı əlavələr paketini təsdiqləyib. Bu dəyişikliklə Ermənistanda ərazi müdafiə sistemini kökündən dəyişdirilir. Yeni dəyişikliklərə əsasən, mövcud könüllü sistemi Ərazi Müdafiə Qoşunları ilə əvəzlənəcək. Qanunda, Ermənistan ərazisində strateji dərinliyin olmamasının yerli könüllü ərazi müdafiə qüvvələrinin yaradılmasını tələb etdiyi vurğulanıb. Yeni bölmələr konkret rayonlardakı hərbi hissələrdə formalaşacaq və ordu korpusları tərəfindən əlaqələndiriləcək. İddialara görə onların əsas vəzifəsi təhdidlər zamanı Silahlı Qüvvələrin nizami bölmələrinə dəstək vermək olacaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->