Ermənistan
Müdafiə Nazirliyi məğlubiyyətləri etiraf etmək üçün erməni cəmiyyətində zəmin
yaradır və erməniləri bu xəbərlərə hazırlayır.
Ermənistan
Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan ictimaiyyətə açıqlamasında
bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin yalnız kəmiyyət deyil, texniki
üstünlüyü də var:
"Bəzi
sahələrdə Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib. 12 dəfə
çox, başa düşürsünüzmü, bu nədir? Bu müharibə tarixində, demək olar, heç vaxt
olmayan və ya çox nadir hallarda olan şeydir”.
Onun
sözlərinə görə, Azərbaycan fövqəldövlətlərin arsenalında olan texnikadan
istifadə edir: "Bu, yeni PUA, yüksək dəqiqlik raketləri, raket-artilleriya
kompleksi, REB sistemləridir. Biz beşinci nəslin müharibəsini görürük".
Mənbə: Teleqraf.com
Şərhlər