Maqazin 10:35 05.12.2023

Fədayə Laçının səhhəti pisləşdi

Müğənni Fədayə Laçının səhhətində yenidən problem yaranıb.

Qaynarinfo xəbər verir ki, müğənni bu barədə instaqramda məlumat paylaşıb. Pis gözə gəldiyini deyən məşhur, gec sağalan infeksiyaya yoluxduğunu bildirib.

"Nəsə bu dəfə pis gözə gəlmişəm. Getdim həkimə, sağalmadım. Görüm həkim nə deyir. Xəstəlik deyir çıxmayacam canından, yaman pis xəstələnmişəm. Görsəm ölürəm, durub qaçacam", Fədayə Laçın qeyd edib.