Xəbər lenti

Federasiya baş məşqçini qovmaq üçün pul tapmır
İdman 19:20 21.11.2023

Federasiya baş məşqçini qovmaq üçün pul tapmır

Nigeriya millisinin son vaxtlar uğursuz nəticələrinə görə tənqid edilsə də baş məşqçi Xose Peseiro klubdan qovulmur.

Qaynarinfo-nun məlumatına görə, buna səbəb qovulacağı təqdirdə məşqçiyə yüksək təzminat ödənilməli olmasıdır. 

Nigeriya Futbol Federasiyası (NFF), DÇ-2026-nın seçmə mərhələsində zəif çıxışından sonra təzminat ödəmək üçün pul çatışmazlığı səbəbindən millinin baş məşqçisini istefaya göndərə bilmədiklərini açıqlayıb. NFF-nin İcraiyyə Komitəsinin üzvü Nse Essyen açıqlamasında millinin baş məşqçisi Xose Peseirodan razı qalmadıqlarını amma təzminat ödəməyə pulları olmadığı üçün məşqçini işdən çıxara bilməyəcəklərini qeyd edib: "Hər kəs məşqçinin qovulmasını tələb edir. Altı mümkün xaldan yalnız ikisini qazanmışıq. Biz kədərli və çox təhlükəli vəziyyətdəyik".

Lesoto və Zimbabve ilə ilk iki seçmə matçında heç-heçə etməsindən sonra Nigeriyanın DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmaq şansı ciddi şəkildə təhlükə altındadır. Portuqaliyalı baş məşqçi isə pis nəticələrə görə kəskin şəkildə tənqid olunur. 

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazana bilməyən Nigeriya növbəti seçmə mərhələ matçında Cənubi Afrika millisi ilə qarşılaşacaq.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->