Xəbər lenti

FHN idarəsi nazirin şirkətinə 155 minlik tender verdi
Ekonomiks 18:29 04.12.2023

FHN idarəsi nazirin şirkətinə 155 minlik tender verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi "Qafqaznet" MMC ilə satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo xəbər verir ki, şirkət adıçəkilən qurumun idarəetmə cihazları, hesablama texnikası və digər analoji maşınların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 

Bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 155.677,07 AZN-dir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qafqaznet" MMC 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 43A-da yeləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Adil Ələddin oğludur. 

Şirkət bundan əvvəl Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466-da qeydiyyatda olub. Bu ünvanda "Mirvari Park Residence" MMC, "Capital Tovvers Residence" MMC, "Babək residence" MMC, "Fobos Palaza" MMC və başqa bir neçə şirkət qeydiyyatdadır. 

"Qafqaznet" MMC-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia edilir. Onun yerləşdiyi əvvəlki hüquqi ünvanda qeydiyyatda olan şirkətlərin adına da Kəmaləddin Heydərovun biznesi barədə yazılan araşdırmada materiallarında rast gəlinir. Bütün bunlar indiyədək təkzib edilməyib.  

Bundan başqa, "Qafqaznet" MMC-nin qanuni təmsilçisi Adil Cəfərov eyni zamanda "Qtech" MMC-nin qanuni təmsilçisidir. Bu şirkətin də hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466-da yerləşir və MMC Kəmaləddin Heydərovun hesab edilir. 

"Qafqaznet" MMC sentyabr ayında FHN-nin Maddi Texniki-Təchizat İdarəsinin mövcud proqramlara xidmətlərin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 595 168,4 AZN olub. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->