Xəbər lenti

FHN İsmayıllının Qoydan kənd sakinlərinin təxliyəsini həyata keçirir (FOTO)
Foto 20:15 29.06.2024

FHN İsmayıllının Qoydan kənd sakinlərinin təxliyəsini həyata keçirir (FOTO)

İntensiv yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi və təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq, İsmayıllı rayonu, Qoydan kəndində təhlükə altında olan evlərin sakinlərinin köçürülməsi ilə bağlı aidiyyəti üzrə qərar qəbul edilib.

Qaynarinfo xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin sakinlərin köçürülməsi işlərinə başlanılıb.

Bu məqsədlə əraziyə cəlb olunan FHN-in Mülki Müdafiə Qoşunlarının qüvvələri tərəfindən sakinlərin və onların əmlaklarının təhlükəsiz əraziyə köçürülməsi işləri həyata keçirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->