Xəbər lenti

Firəngiz Rəhimbəyovanın ölümünü eşidən
Sənət 10:30 17.08.2022

Firəngiz Rəhimbəyovanın ölümünü eşidən "Moşu": "Bağışlayın, rayondayam..."

"Firəngiz Rəhimbəyovanın ölümündən xəbərim yoxdur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Valeh Kərimov (Moşu obrazının ifaçısı) "Bəxt üzüyü” filimində tərəf müqabili olan aktrisa-müğənni Firəngiz Rəhimbəyovanın (Sevda obrazının ifaçısı) ölümündən danışarkən deyib. Həmkarının ölüm xəbərini eşidən aktyor onunla bağlı danışmaq istəmədiyini bildirib:
 
"Allah rəhmət eləsin, indi sizdən eşidirəm. Rayondayam, bağışlayın, danışmağa heç cür imkanım yoxdur”.
 
Qeyd edək ki, müğənni-aktrisa Firəngiz Rəhimbəyova avqustun 16-da 62 yaşında ürəktutmasından dünyasını dəyişib.
 
"Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. 
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->