Xəbər lenti

Foto 10:21 04.03.2024

Fotoqraf və dostları ağır qəzada öldülər (FOTO)

Göyçay rayonunun Müskürlü kəndi ərazisində "Kia” markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlü Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüb, digər bir sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

"Qafqazinfo"nun məlumatına görə, X.Bağırov Göyçayda tanınmış fotoqraf olub. Hadisənin onun dostları ilə birgə toydan çıxıb evə gedərkən baş verdiyi bildirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?