2013-cü ildə Fransada siyasi mühacir statusu almış Bakı Beynəlxalq
Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində Fransa Milli
Polisinin Baş Müfəttişliyi (l’inspection générale de la policenationale (IGPN))
tərəfindən təhqiqat başlayıb.
S-2020/469 nömrəli iş KİV-də onun qanunsuz fəaliyyəti
haqqında nəşrlərdən sonra açılıb, xəbəri Fransadan siyasi mühacir Ramin Nağıyev
verib.
Fransa polisi Elşad Abdullayevin Avropada qanunsuz fəaliyyəti
haqqında məlumata malik olan şəxslərdən 30 Rue Antoine-Julien Hénard, 75012
Paris, France, [email protected] ünvanına məlumat vermələrini
xahiş edir.
Elşad Abdullayev özü Azərbaycan Baş Prokurorluğunun ona
qarşı irəli sürdüyü insan orqanlarının qanunsuz ticarəti və vəzifə səlahiyyətlərini
aşma ittihamlarını rədd edir. Bu ittihamlar siyasi motivlidir və 2003-cü ildə
qardaşı Mahir Abdullayevin oğurlanmasını araşdırması və bu araşdırma nəticəsində
oğurluqda Azərbaycanın güc qurumlarındakı yüksək vəzifəli şəxslərin əlinin
olduğunu müəyyən etməsi ilə bağlıdır. Bu barədə Azad Mürsəliyev - Abdullayevin
qohumu və Mahir Abdullayevin Hüquqlarını Müdafiə İctimai Komitəsinin sədri
bildirib.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatında
donorların böyrəklərinin qanunsuz şəkildə əcnəbi vətəndaşlara köçürülməsi faktı
üzrə cinayət işi açıldığı bildirilirdi. Söhbət 2009-cu ilin martından dekabrına
qədərki dövrdən gedir.
Prokurorluğun məlumatına görə, əməliyyatlar Azərbaycan Beynəlxalq
Universitetinin Tibb Mərkəzində keçirilirdi. E.Abdullayev və mərkəzin baş həkimi
Dilarə İsmayılovaya qarşı CM-in 137.3-cü (insan orqanlarının və ya
toxumalarının alış-satışı) və 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri
ilə ittiham irəli sürülüb.
Bakının Nəsimi rayon məhkəməsi Abdullayevi qiyabi olaraq həbsə
məhkum edib və barəsində beynəlxalq axtarış elan edib.
Şərhlər